...

Facebook-un mümkün yeni adı məlum oldu

Gündəm Materials 23 Oktyabr 2021 05:47 (UTC +04:00)
Facebook-un mümkün yeni adı məlum oldu

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsinin yeni adı "Meta.com" ola bilər.

Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində PavelGross.ru saytının domen brokeri Pavel Qross-Dneprov bildirib.

Mütəxəssis son bir ay ərzində ".com" zonasında domenlərin kütləvi şəkildə satın alındığını qeyd edib: "Bunları "Facebook" domenləri ilə məşğul olan şirkət alır. Buna görə, "Meta.com" olacağını düşünürəm".

Qeyd edək ki, Facebook-un adını dəyişəcəyi oktyabrın 20-də məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti