...

Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb

Gündəm Materials 24 Oktyabr 2021 12:07 (UTC +04:00)
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb

Bakı. Trend:

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən şimal-qərb küləyi günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 25-də gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxta 3°-dək isti, gündüz 3-5° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti