Bakıda güclü külək 11 nəfərə xəsarət yetirib

Gündəm Xəbər 11 Noyabr 2021 08:56 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, xəsarət alanlardan 5-i kişi, 6-sı isə qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti