...

Prokuror adam bıçaqlamaqda təqsirləndirilən AXCP üzvünə 10 il cəza istədi

Gündəm Materials 11 Noyabr 2021 17:29 (UTC +04:00)
Prokuror adam bıçaqlamaqda təqsirləndirilən AXCP üzvünə 10 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümmətovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cinayətinin sübuta yetirildiyini deyərək onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə ptrosesi noyabrın 15-nə təyin edilib.

İttihama görə, Aqil Hümmətov 2021-ci ilin avqust ayında Bakının Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsi bıçaqlamaqda təqsirləndirilir.

Ona qarşı CM-in 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti