Bakı. Samir Əli - Trend:
Əlilliyin təyinatı gözlənilmədən "YAŞAT" Fondu qazilərə yardım göstərir.
Trend-in məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
"Əlilliyin təsdiq olunması gözlənilmədən Vətən Müharibəsində iştirak edənlər dinləniləcək, təyinatı üzrə yardım ediləcək. Qazilərimiz 8110 nömrəsinə zəng etməklə "YAŞAT" Fonduna özləri barədə məlumat verib, "YAŞAT" Fondunun xidmətindən yararlana bilərlər", - deyə Ü.Mehdiyev bildirib.