...

AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb

Gündəm 19 Yanvar 2022 12:08
AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında əksini tapıb.

Belə ki, AMEA prezidentinin aylıq vəzifə maaşı 2570 manatdan 3084 manata, AMEA-nın 1-ci vitse-prezidentinin 1780 manatdan 2136 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin 1645 manatdan 1974 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmə- lərin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin aylıq vəzifə maaşı 1230 manatdan 1476 manata, İdarə rəisinin maaşı isə 1190 manatdan 1428 manata qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti