...

Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib

Gündəm 25 Yanvar 2022 12:38 (UTC +04:00)
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib

Bakı. Samir Əli - Trend:

Bakı sakini intihar məqəsdilə özünü dənizə atıb.

Trend-in məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib.

Məlumata görə, hadisə gecə saatlarında Dənizkənarı Milli Park ərazisində baş verib.

Bakı şəhəri, Nərimanov rayon sakini, 1980-ci il təvəllüdlü Alıyarlı Ruslan Söhbət oğlu intihar məqsədilə özünü dənizə atıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində həmin şəxsin həyatını xilas etmək mümkün olub.

R. Alıyarlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Mərkəzdən Trend-ə faktı təstiqləyiblər. Qurumdan bildirilib ki, hazırda xəstə reanimasiyada nəzarətdədir, vəziyyəti stabil ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti