...

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)

Gündəm 25 Yanvar 2022 16:00 (UTC +04:00)
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhərin müxtəlif ərazilərində keçirilən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən, antisanitar vəziyyət yaradan pərakəndə ticarətlə məşğul olanlar müəyyən edilib. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərlə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.

Ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti