...

Afət Fərmanqızının həyat yoldaşı niyə saxlanılıb? - SƏBƏB

Gündəm Materials 1 Fevral 2022 11:27 (UTC +04:00)
Afət Fərmanqızının həyat yoldaşı niyə saxlanılıb? - SƏBƏB

Bakı. Samir Əli - Trend:

Müğənni Afət Fərmanqızının həyat yoldaşı Mamed Nanacanova qarşı Cinayət Məcəlləsinin 2 maddəsi ilə ittiham irəli sürülüb.

Trend-in əldə etdiyi məlumata görə, o Cinayət məcəlləsinin 182.1-ci(Hədə-qorxu ilə tələb etmə) və 221.3-cü(Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Sumqayıt şəhər sakini Vaqif İsayev polisə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayından bu ilin yanvarın 31-dək olan müddətdə Rusiya vətəndaşı, 42 yaşlı Mamed Nanacanovun onu və ailə üzvlərini öldürəcəyi ilə bağlı hədələyərək, 200 min dollar tələb etməsini bildirib.

M.Nanacanov saxlanılıb.

Xəbər lenti

Xəbər lenti