...

Ramiz Mehdiyev istefa verdi (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 14 Fevral 2022 19:15 (UTC +04:00)
Ramiz Mehdiyev istefa verdi (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Trend xəbər verir ki, AMEA Rəyasət Heyətinin Mətbuat xidmətinin yaydığı məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri olmadan yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

***

18:05

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Trend xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Faktı Trend-ə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti