...

Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna qərar verib - Borrel

Gündəm Materials 22 Fevral 2022 22:34 (UTC +04:00)

Bakı. Trend:

Aİ ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etməyi qərara alıb. Həmin sanksiyalar ona böyük ziyan vuracaq.

Trend-in məlmatına görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Aİ xarici işlər nazirlərinin Parisdə keçirilən qeyri-rəsmi görüşündən sonra mətbuat konfransında bildirib.

Avropa İttifaqı, xüsusən də BMT və ATƏT-də “Rusiyanı danışıqlar masasına qaytarmaq” üçün diplomatik səylərini davam etdirəcək.

"Biz diplomatik yola üstünlük veririk, Rusiyanı danışıqlar masasına oturtmaq üçün xüsusilə ATƏT və BMT formatında diplomatik səyləri davam etdirəcəyik", deyə J.Borrel bildirib.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti