...

Vətəndaşlar "Ana fəryadı" abidəsini ziyarət etməyə başlayıblar (FOTO)

Gündəm Materials 24 Fevral 2022 11:40 (UTC +04:00)
Vətəndaşlar "Ana fəryadı" abidəsini ziyarət etməyə başlayıblar (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Bu gündən Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucladılmış "Ana fəryadı" abidəsinin kütləvi ziyarətinə başlanılıb.

Trend-in məlumatına görə, vətəndaşlar abidə önünə gələrək Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Abidənin yerləşdiyi parkda təmizlik-abadlıq işləri görülüb, abidənin ətrafında və parkda yeni güllər əkilib. Xocalı prospekti boyu binaların fasadlarına, hasarlara Xocalı soyqırımına aid bannerlər vurulub.

İnsanların "Ana fəryadı" abidəsini rahat ziyarət etmələri üçün tədbirlər görülüb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olundu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti