...

Dövlət Proqramından əvvəl xaricdə təhsil alanların maliyyələşməsi də mümkün ola bilər - Nazir müşaviri

Gündəm Materials 6 Aprel 2022 11:16 (UTC +04:00)
Dövlət Proqramından əvvəl xaricdə təhsil alanların maliyyələşməsi də mümkün ola bilər - Nazir müşaviri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Proqramından əvvəl xaricdə təhsil alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün ola bilər.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

N.Məmmədli qeyd edib ki, "2007-2015-ci il” Dövlət Proqramında əvvəldən təhsil alan şəxslərin sonradan maliyyələşməsi kimi təcrübə olub.

Hazırda təhsil alan şəxslərin Dövlət Proqramı vasitəsilə ilə maliyyələşməsi mümkün ola bilər.

"Seçim və maliyyələşmə qaydaları təsdiq olunduqda bunlar nəzərə alınacaq. Yəqin ki, bundan sonra Dövlət Proqramından əvvəl təhsil alan şəxslərin maliyyələşməsini də həyata keçirmək mümkün olacaq", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti