...

Təhsil Nazirliyində pozuntular aşkarlanıb

Gündəm Materials 20 Aprel 2022 11:00 (UTC +04:00)
Təhsil Nazirliyində pozuntular aşkarlanıb

Bakı. Trend:

Ötən il Təhsil Nazirliyində dövlət ehtiyaclarının həcminin tam qiymətləndirilməməsi, mövcud imkanların nəzərə alınmaması və malların xüsusiyyətlərinin dəqiq müəyyənləşdirilməməsi alınmış malların bəzi hallarda istifadəsiz saxlanılmasına səbəb olmaqla səmərəsiz və artıq xərclərə gətirib çıxarıb.

Trend-in məlumatına görə, bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Hesabatda bildirilib ki, dövlət satınalmalarının keçirilməsi zamanı podratçılarla bağlı müəyyən edilən tələblər bəzi hallarda rəqabətliliyin təmin edilməsinə təsir göstərib, dövlət ehtiyaclarının ödənilməsi üçün müvafiq podratçının düzgün müəyyənləşdirilməməsi və satınalma müqavilələrinin icrasına nəzarət tam təmin olunmayıb.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı tələbatın tam olaraq araşdırılmaması, eyni zamanda müqavilə şərtlərinə, o cümlədən icra müddətlərinə riayət edilməməsi son nəticədə müqavalilələrin büdcə ili ərzində tam icra olunmaması və vəsaitlərin qabaqcadan ödəniş edilməklə və ya akkreditiv hesablara köçürməklə istifadəsiz saxlanılmasına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti