Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4 363 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 478, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 230, üç və daha çox doza vaksin vurduranların sayı 3 346, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 309 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 623 719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 337 184, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 838 229, üç və daha çox doza vaksin vurduranların sayı 3 210 006, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 238 300 təşkil edir.