...

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Gündəm Materials 14 May 2022 15:34 (UTC +04:00)
Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub

Bakı. Trend:

Kəlbəcər istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti