...

DMX “Rossiya Seqodnya” Agentliyinin Bakı Filialının əməkdaşları ilə bağlı məlumat yayıb

Gündəm Materials 10 İyun 2022 22:19 (UTC +04:00)
DMX “Rossiya Seqodnya” Agentliyinin Bakı Filialının əməkdaşları ilə bağlı məlumat yayıb

Bakı. Trend:

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib. Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti