...

Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb

Gündəm Materials 14 İyun 2022 12:29 (UTC +04:00)
Kəlbəcərdə əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərdə N saylı hərbi hissədə əsgərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fakkt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti