...

Baş Prokurorluq Bakıda liftin qırılması ilə bağlı araşdırmalara başladı

Gündəm Materials 4 İyul 2022 23:12 (UTC +04:00)
Baş Prokurorluq Bakıda liftin qırılması ilə bağlı araşdırmalara başladı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Mətbuat xidməti Bakıda liftin qırılması ilə bağlı məlumat yayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, iyulun 04-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti