...

Kanada Rusiyanın neft-qaz sektoruna qarşı yeni sanksiyalar tətbiq edib

Gündəm Materials 15 İyul 2022 06:28 (UTC +04:00)

Bakı. Trend:

Kanada Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin saytında dərc olunan sənəddə deyilib.

"14 iyul 2022-ci ildə Kanada Rusiyanın neft-qaz, kimya və istehsal sənayelərinə iki istehsal xidmətinin göstərilməsini qadağan etmək üçün Xüsusi İqtisadi Tədbirlər (Rusiya) qaydalarına əlavə dəyişiklik edib", - deyə bildirilib.

Bu sektorlardan səkkiz yeni sənayenin sanksiyalar siyahısına əlavə edildiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti