...

Ermənistan silahlı qüvvələri Xocalı istiqamətində səngər qazmağa cəhd göstəriblər - Sülhməramlılar hara baxır?

Gündəm Materials 20 İyul 2022 15:29 (UTC +04:00)
Ermənistan silahlı qüvvələri Xocalı istiqamətində səngər qazmağa cəhd göstəriblər - Sülhməramlılar hara baxır?

Bakı. Trend:

Ermənistan silahlı qüvvələri 10 Noyabr bəyanatına zidd olaraq Xocalı istiqamətində səngər qazmağa cəhd göstəriblər.

Trend xəbər verir ki, Azərbaycan Ordusu hadisəyə müdaxilə edərək faktla bağlı Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən sülhməramlılara məlumat verib. Bundan sonra hadisə yerinə bir qrup sülhməramlı gəlib.

Sülhməramlılar Ermənistan silahlı qüvvələrinin qanunsuz fəaliyyətinə müdaxilə etmək əvəzinə ermənilərin təhlükəsizliyini təmin edərək, işin gecə saatlarında da davam etdirilməsinə şərait yaradıblar.

Rusiya sülhməramlılarının bu davranışı ciddi sual yaradır, sülhməramlılar hara baxır? 10 Noyabr bəyanatının müddəlarına Rusiya sülhməramlıları niyə əməl etmirlər?!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti