...

Azərbaycan hərbçiləri Türkiyədə AKINCI kursunda iştirak ediblər (FOTO)

Gündəm Materials 30 İyul 2022 15:50 (UTC +04:00)
Azərbaycan hərbçiləri Türkiyədə AKINCI kursunda iştirak ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak ediblər.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.

Mərkəzin rəhbəri Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara öz səmimi arzularını çatdırıb.

Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti