...

Bakının 2 qəsəbəsində su olmayacaq

Gündəm Materials 1 Avqust 2022 10:29 (UTC +04:00)
Bakının 2 qəsəbəsində su olmayacaq

Bakı. Trend:

Bakının Əmircan və Köhnə Suraxanı qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti