...

83 yaşlı kişi son anda bataqlıqdan belə xilas edildi (VİDEO)

Gündəm Materials 4 Avqust 2022 14:52 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərinin “Daş Karxanası yolu” deyilən ərazisində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin xilasediciləri çağırış üzrə əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1939-cu il təvəllüdlü T.Kərimov bataqlıq ərazidə ilişib qalaraq həyati təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən görülmüş operativ tədbirlər nəticəsində vətəndaş bataqlıqdan çıxarılaraq xilas edilib və aidiyyatı üzrə təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti