...

Söküləcək binanın sakinləri harada məskunlaşacaq?

Gündəm Materials 15 Avqust 2022 10:09 (UTC +04:00)
Söküləcək binanın sakinləri harada məskunlaşacaq?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, bina Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşir.

Həmin binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

Bina sakinlərin Trend-ə verdiyi məlumata görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb. Sakinlərə əvvəl yaşadığı mənzilin otaq sayına görə kirayə haqqı ödənilir. Artıq bir neçə ailə kirayə mənzillərə köçürülüb. Onların sözlərinə görə, binaların yerində 14-16 mərtəbəli binalar tikiləcək və sakinlərə veriləcək yeni mənzillərin sahəsi isə indikindən 20 faiz böyük olacaq. Tikiləcək çoxmərtəbəli yaşayış binalarının 2 il müddətində istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə 5, növbəti mərhələdə isə 6 bina söküləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti