...

"Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib (FOTO)

Gündəm Materials 16 Avqust 2022 16:54 (UTC +04:00)
"Snayper həddi" müsabiqəsində sınaq atışları yerinə yetirilib (FOTO)

Bakı. Trend:

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.

Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti