...

Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub - MN

Gündəm Materials 5 Sentyabr 2022 14:57 (UTC +04:00)
Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub - MN

Bakı. Trend:

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti