...

Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir - Aparat rəhbəri

Gündəm Materials 24 Sentyabr 2022 15:45 (UTC +04:00)
Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir - Aparat rəhbəri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib. Sadəcə vətəndaşların imzalanma prosesi davam edir.

Trend-in məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşların böyük hissəsi mənzil seçimini imzalayaraq, təsdiq ediblər:

"Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir. Hər hansı problem olarsa, vətəndaşlara bizim qurum tərəfindən köməklik ediləcək".

F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-i, saat 15:00-da mənzillərin gözləmə qaydası seçimi başlayacaq:

"Bu gün məzil seçən vətəndaşlar hər hansı bir səbəbdən məzil əldə edə bilməsələr, həmin gün ev onlara təkıif olunacaq. Həmin gözləmədə iki vətəndaş növbəli şəkildə evi seçə bilərlər. Gözləmədə birinci sırada seçim edən vətəndaşa həmin mənzil təkil ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti