...

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə qarşılıqlı əməkdaşlıq edəcək

Gündəm Materials 26 Sentyabr 2022 17:22 (UTC +04:00)
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə qarşılıqlı əməkdaşlıq edəcək

Bakı. Trend:

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəd sosial sahədə birgə fəaliyyətin həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi məsələlərini əhatə edir.

Əməkdaşlıq çərçivəsində müştərək layihələrin təşkili və icrası, şəxslərin fərdi inkişafının işıqlandırılması, motivasiya və maarifləndirici xarakterli tədbirlərin, veriliş və sosial videoçarxların çəkilərək hazırlanması nəzərdə tutulur. Birgə fəaliyyət məsələlərinə Mərkəzdə təlim alan şəxslərin televiziyada həyata keçirilən layihələrə cəlb olunmasını təmin etmək də daxildir.

Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərə 14 yaradıcılıq istiqaməti üzrə təlimlər keçirilir. Bunlar rəqs (milli, Latın Amerikası, bal və müasir rəqslər), təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma və media, fotoqrafiya sənəti, kulinariya, səhnə ifaçılığı, idman (kapoeyra, badminton), publisistika istiqamətləridir. Mərkəzdə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının artırılması ilə yanaşı, multidissiplinar qrup tərəfindən onlara sosial-psixoloji dəstək göstərilir. Təlim istiqamətlərinin genişləndirilməsi üçün Mərkəzdə işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti