Bakı. Trend:
"Finnair" aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
"Airbus A350" təyyarəsi yerli vaxtı ilə saat 02:31-də Bakı hava limanına eniş edib.
Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb.