...

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır

Gündəm Materials 3 Oktyabr 2022 11:21 (UTC +04:00)
Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı qaydalar hazırlanır. Proses bu yaxınlarda yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən bu sahədə fəaliyyət asanlaşacaq: “Yeni startaplara və təhlükəsizlik provayderlərinə lisenziya tələbi yığışdırılır. Yəni, qaydalar sadələşdirilir. İstənilən adam təhlükəsizlik provayderi yaradıb, müəyyən infrastruktura malik olduqdan sonra bu tədbirləri keçirə biləcək. Dövlət orqanları tərəfindən xüsusi təhlükəsizlik tələbləri müəyyən olunacaq. Provayderlər işlərini həmin tələblərə uyğun tənzimləyəcəklər”, - İ.Musayev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti