...

Taksilərdə taksometrlər quraşdırılarsa, nə dəyişəcək?

Gündəm Materials 13 Oktyabr 2022 16:01 (UTC +04:00)
Taksilərdə taksometrlər quraşdırılarsa, nə dəyişəcək?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemi də taksometrlə həll etmək olar deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.

Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu, sərfəli deyil. Sərnişinlər isə bildirirlər ki, hazırkı taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.

“Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha da çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə, taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu, qismən narazılıq da yaradacaq. Ancaq taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Lakin taksometr olsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək”, – deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti