...

Gələn ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi kimi strateji çağırışlar əksini tapıb - Nazir

Gündəm Materials 3 Noyabr 2022 11:28 (UTC +04:00)
Gələn ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi kimi strateji çağırışlar əksini tapıb - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük qayıdış kimi strateji çağırışlar əksini tapıb.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərpası üçün davamlı səylərinə baxmayaraq, Ermənistanın öhdəliklərinə əməl etməməsi, ölkəmizə qarşı təxribatları və silahlanması Azərbaycanın müzəffər ordusunun gücünün daim artırılmasını zəruri edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Büdcə layihəsində ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti