...

Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir (FOTO)

Gündəm Materials 19 Noyabr 2022 10:10 (UTC +04:00)
Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində Azərbaycan Ordusunda hərbi qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin diplomatik fəaliyyətinin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilir.

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə bağlı lazımi tövsiyələr verilir.

Xəbər lenti

Xəbər lenti