...

Buzovnada bir ailəni qətlə yetirən şəxs saxlanıldı - Qatil ailənin keçmiş kürəkəni olub

Gündəm Materials 1 Dekabr 2022 16:34 (UTC +04:00)
Buzovnada bir ailəni qətlə yetirən şəxs saxlanıldı - Qatil ailənin keçmiş kürəkəni olub

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan Trend-ə verilən birgə məlumatda bildirilir ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.11 madələri ilə (İki və daha çox şəxsi öldürmə, quldurluq, hədəqorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti