...

Proqramların köməyi ilə smartfonlarda kod yazmaq mümkündür - SİYAHI

Gündəm Materials 6 Dekabr 2022 09:57 (UTC +04:00)
Proqramların köməyi ilə smartfonlarda kod yazmaq mümkündür - SİYAHI
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Günümüzün ən populyar sahələrindən birinə çevrilən proqram təminatı üçün kodlaşdırma bilikləri çox vacibdir.

Trend-in məlumatına görə, əgər kompüter qarşısında vaxt keçirmək darıxdırıcıdırsa və ya hər zaman yanımızda olan smartfonlardan istifadə etmək daha cəlbedicidirsə, bu proqramlarla kod yazmağı öyrənə bilərsiniz.

1.“Sololearn”

“Sololearn” proqramı bir çox proqramlaşdırma dilləri üçün əsasdan qabaqcıl kurslara malik kodlaşdırma platforması kimi xidmət edir. O, dərslər və viktorinalar kimi ənənəvi elementlər daxil olmaqla, yeni başlayanlar üçün əsas və qısa dərsliklər təklif edir.

2.“Programming Hub”

“Programming Hub” həm “iOS”, həm də “Android” üçün ən vacib proqramlaşdırma öyrənmə platformalarından biri kimi seçilir.

3.“Programming Hero”

Bu mobil proqram oyunlaşdırma ilə tədris prosesini asanlaşdırır. Yəni gənc istifadəçilərin proqramlaşdırmadan istifadə etmələri üçün daha uyğun bir tətbiq olduğunu deyə bilərik.

4.“Codemurai”

Geniş kurs seçimi təklif edən “Codemurai” “HTML”, “CSS”, “Java”, “JavaScript”, “C#” kimi dillərdə materiallara malikdir. Mobil proqramlaşdırma dərsləri ilə yanaşı Unity 3D dərsləri də mövcuddur.

5.“Enki”

Enki əslində əsas kodlaşdırma biliyi olan insanlar üçün daha uyğundur.

6.“Grasshopper”

“JavaScript” tapmacalarını həll edərək kodlaşdırmağı öyrədən Grasshopper proqramı iOS və Android cihazları üçün əlçatandır.

7.“Easy Coder”

“Easy Coder”-i yalnız “Java” proqramlaşdırmasını öyrədən mobil proqram kimi ümumiləşdirə bilərik.

8.“Codecademy”

12 fərqli kodlaşdırma dilində pulsuz xidmət göstərən tətbiqin şüarı kodlaşdırmasız qalmadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti