...

Azərbaycan sülhməramlıların müvəqqəti olduğu ərazilərə yenidən mütəxəssis qrupu göndərib (VİDEO)

Gündəm Materials 7 Dekabr 2022 12:15 (UTC +04:00)
Azərbaycan sülhməramlıların müvəqqəti olduğu ərazilərə yenidən mütəxəssis qrupu göndərib (VİDEO)

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlərinin aparılması üzrə yenidən göndərilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) yayımladığı video süjetdə qeyd olunub.

Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə keçərək, Xocalıda sülhməramlı qüvvələrin qərargahında sülhməramlıların komandanlığı ilə müzakirələr aparmışdılar.

Müzakirələr zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ciddi narahatlıq və narazılıq bildirilmişdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti