...

“Google Chrome”dan kritik “Windows 7” və "Windows 8.1" xəbərdarlığı!

Gündəm Materials 13 Dekabr 2022 13:16 (UTC +04:00)
“Google Chrome”dan kritik “Windows 7” və "Windows 8.1" xəbərdarlığı!
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İnternet brauzeri “Google Chrome” “Windows 7” və “Windows 8.1” əməliyyat sistemlərindən istifadə edən kompüterlərdə xəbərdarlıqlar göstərməyə başlayıb.

Trend-in məlumatına görə, “Microsoft”un illərdir həyata keçirdiyi “Windows 10” və “Windows 11”ə keçid təzyiqi indi “Google Chrome”dan gəlir.

“Windows 7” və ya “Windows 8.1” sahibləri indi “Google Chrome”dan təkmilləşdirmə mesajı alacaqlar. Brauzerin yuxarı hissəsində bildiriş kimi görünən mesajda "Google Chrome” yeniləməsini əldə etmək üçün sizə “Windows 10” və ya daha sonrakı versiya lazımdır. Bu kompüter “Windows 7” ilə işləyir.

Bildirişi silmək üçün klikləsəniz belə, tətbiqi açdığınız zaman yenidən görünəcək. Yeniləmə dəstəyinin gələn il bitəcəyini nəzərə alsaq, “Windows 10” və ya “Windows 11”ə keçmək məsləhət görülür.

“Windows 7” və ya “Windows 8.1”də “Chrome”dan istifadə edə bilərsiniz, lakin yeniləmələri qəbul etməyəcəksiniz.

Yeniləmələri qəbul etməyən proqramlar isə həm təhlükəsizlik boşluqlarına səbəb olacaq, həm də yeni funksiyalardan məhrum olacaqsınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti