Bakı. Trend:
ABŞ Senatı Türkiyəyə "F-16" qırıcılarının satışını məhdudlaşdıran bəndlərin cıxarıldığı 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə "AP" agentliyi xəbər verib.
Məlumata əsasən, 18 nümayəndə tərəfindən təqdim edilən və daha əvvəl ABŞ Nümayəndələr Palatasında təsdiqlənən layihənin yekun variantında F-16-nın Türkiyəyə satışını məhdudlaşdırıcı şərtlərlə əlaqələndirən bəndlər yer almayıb.