Bakı. Trend:
İnternetin geniş yayılması ilə sosial mediadan istifadə yaşı azalıb.
Trend-in məlumatına görə, təəssüf ki, bu mühitdə uşaqları gözləyən çoxlu təhlükələr var.
Bəs uşaqları virtual dünyanın təhlükələrindən qorumaq üçün nələrə diqqət etmək lazımdır?
1) Fərdi məlumatlarınızı paylaşmayın.
2) Yalnız tanıdığınız insanlarla söhbət edin.
3) Onlayn tanış olduğunuz şəxslərlə görüşməyin.
4) Nə paylaşdığınız barədə diqqətli olun.
5) Tanımadığınız şəxslərdən daxil olan dostluq təkliflərini qəbul etməyin.
6) Sosial şəbəkə hesablarınızda gizlilik ayarlarını nəzərdən keçirin.
7) Sizi narahat edən mesajlar qəbul etdiyiniz halda valideynlərinizə bu barədə məlumat verin.
8) Şifrələrinizi heç kimlə bölüşməyin.
9) Uyğunsuz məzmunları dərhal şikayət edin.