...

Bu il icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox xidmət göstərilib

Gündəm Materials 21 Dekabr 2022 16:12 (UTC +04:00)
Bu il icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox xidmət göstərilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova icbari tibbi sığorta üzrə seminarda deyib.

O qeyd edib ki, cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib.

"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 33 %-ni uşaqlar, 67 %-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti, əsasən, ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti