...

Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırların yerini dəyişirlər (FOTO/VİDEO)

Gündəm Materials 24 Dekabr 2022 12:57 (UTC +04:00)
Sülhməramlılar etiraz aksiyasının keçirildiyi ərazidə quraşdırdıqları çadırların yerini dəyişirlər (FOTO/VİDEO)

Bakı. Trend:

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.

Trend-in Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər.

Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.

Xəbər lenti

Xəbər lenti