...

Yevlaxda əvvəllər polis serjantı kimi xidmət etmiş şəxs qətlə yetirilib

Gündəm Materials 8 Yanvar 2023 09:59 (UTC +04:00)
Yevlaxda əvvəllər polis serjantı kimi xidmət etmiş şəxs qətlə yetirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 8-də saat 01 radələrində Yevlax rayonu Çənlibel qəsəbəsində 1980-ci il təvəllüdlü Anar Sadıqovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, onun həmyerlisi 1985-ci il təvəllüdlü Ramin Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

A.Sadıqov əvvəllər Yevlax RPŞ-də polis serjantı kimi xidmət edib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti