...

Bakı-Sumqayıt yolunda hərəkət iflic olub, 10-a yaxın zəncirvari qəza baş verib (FOTO)

Gündəm Materials 9 Yanvar 2023 09:20 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda hərəkət iflic olub, 10-a yaxın zəncirvari qəza baş verib (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda acınacaqlı vəziyyət yaranıb.

Trend-in məlumatına görə, axşamdan başlanan qar yolda hərəkəti iflic vəziyyətə salıb.

Yolun hərəkət hissəsi qar və buz örtüyü ilə bağlandığından hərəkət dayanıb. Yolun Abşeron rayonu ərazisindən keçən kilometrlərlə ərazi tam buz bağlayıb. Yolun təmizlənməsi üçün əraziyə heç bir texnika cəlb edilməyib. Nəticədə yolda 10-a yaxın zəncirvari qəza baş verib.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Yol polisi və post patrul xidməti əməkdaşları yolda idarəetməni itirən avtomobillərə yardım edərək hərəkəti təmin etməyə cəhd göstərir.

Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti