...

Məhkəmə Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayəti rədd etdi

Gündəm Materials 9 Yanvar 2023 16:47 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması illə bağlı qərardan verilmiş şikayətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti