...

İki yük və bir minik maşını Laçın yolundan keçib (FOTO)

Gündəm Materials 11 Yanvar 2023 10:53 (UTC +04:00)
İki yük və bir minik maşını Laçın yolundan keçib (FOTO)

Şuşa. Trend:

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 31-ci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid bir minik və iki yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 31 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti