...

Qara dənizdə "taxıl dəhlizi" ilə bağlı məsələni həll edən ölkə Türkiyə oldu - Ərdoğan

Gündəm Materials 15 Yanvar 2023 22:02 (UTC +04:00)

Bakı. Trend:

Qara dənizdə "taxıl dəhlizi" ilə bağlı məsələni həll edən ölkə Türkiyə oldu.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə buğdanı una çevirib kasıb Afrika ölkələrinə göndərmək məqsədindədir. R.T.Ərdoğan qeyd edib ki, indiyədək kənd təsərrüfatı məhsullarının 44 faizi Avropaya, 14 faizi isə Afrikaya göndərilib.

"İndi biz bunu balanslaşdırıb kasıb və qəribə Afrika ölkələrinə göndərəcəyik və onların gözləntilərinə ən yaxşı cavabı verəcəyik", - deyə Türkiyə prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti