Bakı. Trend:
Rusiya sülhməramlılarının daha iki avtomobili Laçın yolundan maneəsiz keçib.
Trend-in Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçılarıtexnikaların keçidinə şərait yaradıblar.
Gün ərzində Rusiya sülhməramlılarına məxsus 15 təminat avtomobili yoldan maneəsiz keçib.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 37 gündür ki, davam edir.
Dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.