...

ANAMA sədrinə birinci müavin təyin olunub

Gündəm Materials 1 Fevral 2023 15:28 (UTC +04:00)
ANAMA sədrinə birinci müavin təyin olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 yanvar tarixli müvafiq Sərəncamı ilə Bəhruz Əmir oğlu Məmmədov Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

ANAMA-dan Trend-ə bildirilib ki, 2023-cü il 1 fevral tarixində Bəhruz Məmmədov kollektivə təqdim olunub.

Bəhruz Məmmədovu kollektivə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov təqdim edib.

Məlumat üçün qeyd edək ki, Bəhruz Məmmədov müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti