...

İran rejiminin yeni absurd iddiası: Terrorçu ruhi xəstəxanaya yerləşdirilib

Gündəm Materials 1 Fevral 2023 18:11 (UTC +04:00)
İran rejiminin yeni absurd iddiası: Terrorçu ruhi xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

İran rejimi yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadəni ruhi xəstəxanaya yerləşdirib.

Törədilən terror aktında Y.Hüseynzadə avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terror aktının ilk günündə Tehran polisi rəisi açıqlama verərək Hüseynzadənin iki azyaşlı uşağı ilə səfirliyə müraciət etdiyini və hadisənin ailə-məişət zəminində baş verdiyini iddia etdi. Bundan sonra İran rejiminin müxtəlif yüksək səviyyəli rəsmiləri eyni iddiadan çıxış etməyə başladı. Lakin yayımlanan faktlar bu iddianın tamamilə absurd olduğunu bir daha nümayiş etdirdi.

Görünür, İran rejimi absurd iddianın ifşa edildiyini görərək hazırda başqa fəndə əl atıb. Guya, Tehranın Ekspertiza İdarəsinin mütəxəssisləri Yasin Hüseynzadəni müayinə ediblər və onun şizofreniya xəstəsi olduğunu müəyyənləşdiriblər. Bunun üçün də o, 1 ay xəstəxanada yatmalıdır.

Əslində, İran terror aktını ört-basdır etmək, bunun terror aktı olmadığını elan etməyə çalışsa da, İranın məsələdən yayınmaq üçün irəli sürdüyü iddiaların heç də həqiqəti əks etdirmədiyini həm İran, həm də bütün dünya yaxşı bilir.

Bu uğursuz cəhdlərlə İran tərəfi heç nəyə nail ola bilməyəcəyini yaxşı bilməlidir. Bunun üçün də səfirliyimizə olunan xaincəsinə terror aktı törədən şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb etməlidir.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti